USD | 1,70 | 0,00% |
EUR | 1,85 | –0,08% |
Azərbaycanlı Melissa Rauf “Miss Austria” beynəlxalq gözəllik müsabiqəsinin qalibini seçib. Sosial şəbəkələrdə Melissa həmkarlarını qiymətləndirməyin onun üçün çətin olduğunu, lakin onu valeh edən xanımların olduğunu etiraf edib. Onlardan biri müsabiqənin qalibi olmuş Valentina Blekkenweqner olub.
Bundan əvvəl Melissa Rauf “Miss England” layihəsində iştirak edib, burada “Ən gözəl üz” adına layiq görülüb və müxtəlif nominasiyalarda ilk beş qalibin sırasına daxil olub. Xanım özü Böyük Britaniyada doğulub, ancaq atası və anası Cənubi Azərbaycandandır.
Bir cavab yazın