USD1,700,00%
EUR1,85–0,08%

Azərbaycanlı aşpazlar beynəlxalq müsabiqədə özlərini göstəriblər


 |  admin  | 

Almaniyada keçirilən “İKA – Ümumdünya Kulinariya Olimpiadası”nda 9 nəfərlik aşpazdan ibarət Azərbaycan komandası iştirak edib. Kulinariya mütəxəssislərimiz Fərdi İştirakçı kateqoriyasında qənnadı sənəti üzrə 2 bürünc medal və 6 diplom, İctimai iaşə kateqoriyasında isə komanda diplomu qazanıblar. Komandanın yeməkləri milli mətbəxin ənənələri nəzərə alınmaqla hazırlanıb və yerli təbii məhsullardan: zəfəran, pomidor, nar və s.

Tədbir çərçivəsində Azərbaycan stendində qonaqlar və qastronomiya mütəxəssisləri Azərbaycan milli mətbəxinin təamlarını dada biliblər. Naxçıvan və Qarabağ mətbəxi, Şəki və Xınalıq mətbəxinin nümunələri, eləcə də müxtəlif texnologiyalardan istifadə edilməklə müsabiqə üçün hazırlanmış qənnadı məmulatları təqdim olunub.

Həmçinin ötən həftə azərbaycanlı aşpaz Leyla Vəliyeva Hindistanda keçirilən Beynəlxalq Gənc Aşpazlar Olimpiadasında 60-dan çox ölkənin aşpazlarını qabaqlayaraq qızıl medal qazanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
Sosial şəbəkələr


© Yerli.media. Bütün hüquqlar qorunur. 18+

Yuxarı