USD | 1,70 | 0,00% |
EUR | 1,85 | –0,08% |
Dövlət Statistika Komitəsi bildirir ki, 2024-cü ilin birinci yarısında mehmanxanalarda və mehmanxana tipli obyektlərdə gecələmələrin sayı 1 milyon 851,7 min nəfər təşkil edib ki, bu da 2023-cü ilin göstəricisindən 35,8% çoxdur. Bakı turistlər arasında ən populyar şəhər olub – gecələmələrin 66,5%. Sonrakı yerləri Qusar (5,3%), Naftalan (4,4%), Quba (3,9%) və Qəbələ (3,6%) tutur.
1 milyon 080,9 min gecələmə (58,4%) xarici vətəndaşlar və vətəndaşlığı olmayan şəxslər tərəfindən həyata keçirilib ki, bu da 2023-cü ilin birinci yarısı ilə müqayisədə 37,1% çoxdur. Ən çox turist Hindistan (21,1%), Rusiya (14,6%), Türkiyə (7,8%), Səudiyyə Ərəbistanı (6,6%) və BƏƏ-dən (5,7%) gəlib.
Bir cavab yazın