USD | 1,70 | 0,00% |
EUR | 1,85 | –0,08% |
2026-cı ilə qədər Bakı, Sumqayıt və Gəncədə qəzalı vəziyyətdə olan yaşayış binalarında və yataqxanalarda yaşayan vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün dövlət büdcəsindən 150 milyon manat vəsait ayrılması nəzərdə tutulur. Ötən ilin sonunda sökülməyə ilk növbədə olan təhlükəli binalar haqqında məlumatlar tələb olunub.
Paytaxtda “Bakı şəhərinin 2040-cı ilə qədər inkişafının Baş Planı” çərçivəsində 2027-ci ilədək 50 min mənzilin tikintisi nəzərdə tutulub. Gəncədə artıq Nizami Gəncəvi və Ximikov prospektlərində dörd hündürmərtəbəli bina tikilib və daha bir neçə 249 yaşayış binası layihələndirilib. Sumqayıtda 2023-cü ildən qəzalı yataqxanaların sakinlərinin köçürülməsinə başlanılıb, 172 ailə şəhərətrafı qəsəbələrdə yeni mənzil alıb.
Bir cavab yazın