USD | 1,70 | 0,00% |
EUR | 1,85 | –0,08% |
Azərbaycanda qızılca xəstəliyinin yayılmasına baxmayaraq, orta və ali təhsil müəssisələrinin bağlanması nəzərdə tutulmur. Bu barədə Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov məlumat verib. Onun sözlərinə görə, hazırda qızılca xəstəliyinə yoluxma göstəriciləri hələlik tədris prosesinin dayandırılması üçün əsas vermir.
Hazırda təhsil müəssisələrində şagirdlərin sağlamlıq vəziyyətinə nəzarət gücləndirilib. Yoluxma halında tələbələr dərhal karantinə alınacaq və təhsillərini onlayn davam etdirəcəklər. Bundan başqa, ayrı-ayrı yoluxma hallarının aşkarlanması barədə məlumat daxil olarsa, ixtisaslaşdırılmış strukturlar təhsil müəssisələrində dezinfeksiya işləri aparırlar.
Bir cavab yazın