USD | 1,70 | 0,00% |
EUR | 1,85 | –0,08% |
Bakı Müasir İncəsənət Muzeyində ipək yaylıqlara köçürülmüş 43 əsərin nümayiş olunduğu “İpək sənəti” sərgisi açılıb. Təşkilatçıların sözlərinə görə, onlar insanlara kətanın təkcə divardan asmaq deyil, həm də geyim əşyası kimi istifadə oluna biləcəyini çatdırmaq istəyiblər. Sərgi üçün yaylıqları Azərbaycanın milli brendi “Butali” təqdim edib.
Sərgi 21-ci əsrin Azərbaycan rəssamlarına həsr olunub. “İpək sənəti” layihəsində respublikanın əməkdar rəssamları İrina Eldarova və Vüqar Əli, BMT-nin Təhsil, Elm və mədəniyyət məsələləri üzrə ixtisaslaşmış qurumunun (UNESCO) üzvü Milena Nəbiyeva, həmçinin fırça ustaları Cəmilə Həşimov, İntiqam Ağayev (Asiman), Emin Qəhrəmanov, Yusif Mirzə və Səyali Məmmədova-Qarayeva iştirak ediblər.
Bir cavab yazın