USD | 1,70 | 0,00% |
EUR | 1,85 | –0,08% |
Azərbaycan Cüdo Federasiyasının prezidenti Rəşad Nəbiyev bildirib ki, son bir neçə ildə ölkədə cüdo ilə məşğul olanların sayı 50 faizdən çox artaraq, hazırda 18 min nəfərdən artıqdır. Qadın idmançıların sayı da artıb. Beləliklə, federasiya qarşısına qoyulan vəzifələrin – cüdonun inkişafı və populyarlaşdırılmasının öhdəsindən uğurla gəlir.
Nəbiyev qeyd edib ki, ölkədə məşqçilik işinin keyfiyyətini yüksəltməklə klublarda və milli komandalarda idmançıların yüksək səviyyədə hazırlığına nail olmaq mümkün olub. Həmçinin cüdoda əldə olunan nailiyyətlərdə və uğurlarda dövlət orqanlarının idmana hərtərəfli dəstəyinin böyük rolu var.
Bir cavab yazın