USD1,700,00%
EUR1,85–0,08%

Azərbaycanda müəllimliyə namizədlərin seçilməsində yeni meyarlar tətbiq olunacaq


 |  admin  | 

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyindən verilən məlumata görə, müəllimliyə namizədlərin seçilməsində yeni meyarların tətbiqi barədə qərar qəbul edilib. Eyni imtahan nəticələri ilə vakansiyaya qəbul olunmaq üçün müraciət edənlər arasında təhsilini fərqlənmə diplomu ilə bitirmiş şəxslərə üstünlük veriləcək.

Təhsil İnstitutunun İnsan Resursları Mərkəzinin direktoru Nurlan İsmayılbəylinin açıqlamasına əsasən, vakant müəllim yerlərinə keçirilən imtahanda eyni bal topladığı halda üstünlük qırmızı diplom olan namizədə veriləcək. Bu prosedur işə qəbul qaydaları ilə nəzərdə tutulmuşdur.

Nazirlik 2023-cü ildə Bakı və regionlarda 10 mindən çox vakant müəllim yeri təqdim edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
Sosial şəbəkələr


© Yerli.media. Bütün hüquqlar qorunur. 18+

Yuxarı