USD | 1,70 | 0,00% |
EUR | 1,85 | –0,08% |
İyunun 13-dən 17-dək Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi və Azərbaycan peşəkar milli teatrının 150 illik yubileyləri şərəfinə paytaxtda Kukla Teatrları həftəsi keçirəcək. Naxçıvan, Gəncə, Salyan və Qax dövlət kukla teatrları da öz tamaşalarını nümayiş etdirəcəklər.
Tədbirdə tanınmış mədəniyyət və incəsənət nümayəndələri, teatrşünaslar, sənətşünaslar, dramaturqlar və uşaq əsərlərinin müəllifləri iştirak edəcəklər. Hər kəs müasir uşaq ədəbiyyatı, kukla teatrları və bu sahədə cərəyanlar haqqında müzakirələrdə iştirak edə biləcək. Tədbir Azərbaycan Mədəniyyət Nazirliyi tərəfindən təşkil olunacaq.
Bir cavab yazın