USD | 1,70 | 0,00% |
EUR | 1,85 | –0,08% |
Ekologiya və təbii sərvətlər nazirinin müşaviri Rasim Səttarzadə bildirib ki, Azərbaycanda elektrik mühərrikli avtomobillərə tələbat artıb, nəticədə onların idxalı artıb. Onun sözlərinə görə, 2023-cü ildə Azərbaycana 2021-ci illə müqayisədə 19 dəfə çox – 125,3 milyon dollar dəyərində təxminən 3,1 min ədəd elektrik avtomobili idxal edilib.
Həmçinin ötən il ölkəyə 386,3 milyon dollar dəyərində 14,1 minə yaxın hibrid avtomobil gətirilib.Eyni zamanda Azərbaycanda əsasən köhnə avtomobillərdən istifadə olunur. Qeydiyyatdan keçmiş 1,7 milyondan çox nəqliyyat vasitəsinin 2% – i buraxılış tarixindən iki ildən çox deyil, 3%-i 2 ildən 5 ilə qədər, 11,9%-i 5 ildən 10 ilə qədər, 83% – i 10 yaşdan yuxarıdır.
Bir cavab yazın