USD | 1,70 | 0,00% |
EUR | 1,85 | –0,08% |
Mədəniyyət Nazirliyi yanında Azərbaycan Respublikası Kino Agentliyi (ARKA) gənc kinematoqrafçıların dəstəklənməsi çərçivəsində Alternativ Kino Akademiyasını təsis edib. Onun kuratoru əməkdar artist, kinorejissor Elxan Cəfərov təyin edilib. Yeni təşkilat tələbə kinorejissorlarının yaradıcılıq fəaliyyətlərini dəstəkləmək və yeni filmlər yaratmaq üçün nəzərdə tutulub.
Artıq Nizami Kino Mərkəzində akademiyanın ilk tədbiri keçirilib və tədbirdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri 7 layihə təqdim ediblər: Xəyal Rzanın “Allaha Salam”, Şirin Əhmədovun “Sürəyyanın 32-ci günü”, Mirhafiz Həsənovun “Çağırılmamış qonaq”, Məhəmməd Məmmədovun “Qayıtdım”, Elmar Fərzəliyevin “Düşmüş mələk”, Araz Quliyevin “İkinci nəfəs” və Mirzahid Ağayevin “İnam”
Bir cavab yazın