USD | 1,70 | 0,00% |
EUR | 1,85 | –0,08% |
Bu həftədən Aİ-95 markalı benzinin bir litri 1,6 manata satılır. SOCAR-dan bildiriblər ki, qiymət bazardakı vəziyyətə uyğun olaraq 0,4 manat aşağı salınıb. Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun modernləşdirilməsi çərçivəsində dizel yanacağı və benzin istehsalı üçün qurğuların tikintisi üzrə işlər yekunlaşmaq üzrədir. Bunun sayəsində Aİ-92 və Aİ-95 markalı benzin indi Avro-5 standartlarına uyğundur.
SOCAR vurğulayıb ki, hazırda Aİ-95 markalı benzinə tələbat idxaldan çox, yerli istehsal hesabına ödənilir. Xatırladaq ki, iyulun 1-dən Aİ-92 markalı avtomobil benzininin və dizel yanacağının qiymətləri müvafiq olaraq 1,1 və 1 manata qaldırılıb. Tarif Şurası artımı Avro-5 standartlarına cavab verən bu yanacaq növlərinin istehsalının maya dəyərinin artması ilə izah edib.
Bir cavab yazın