USD | 1,70 | 0,00% |
EUR | 1,85 | –0,08% |
Bu ilin əvvəlində Azərbaycana dünyanın 167 ölkəsindən 341 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib ki, bu da əvvəlki illə müqayisədə 46,7% çoxdur. Dövlət Statistika Komitəsinin məlumatına görə, turistlərin əsas hissəsini Rusiya (26,8%), Türkiyə (19,9%) və İran (9,8%) vətəndaşları təşkil edib. Gələnlərin ümumi sayının 73,9 faizini kişilər, 26,1 faizini isə qadınlar təşkil edib.
Məlumatları ötən illə müqayisə etsək, Körfəz ölkələrindən və Avropa İttifaqına üzv ölkələrdən turist axınında müvafiq olaraq 1,7 və 1,6 dəfə artım var. MDB ölkələrindən gələnlərin sayı 31,4% – 122,8 min nəfər artıb. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin əksəriyyəti havadan (67,6%), həmçinin dəmir yolu və avtomobil nəqliyyatından (31%) istifadə edib. Gələnlərin 1,4%-i dəniz nəqliyyatından istifadə edib.
Bir cavab yazın