USD1,700,00%
EUR1,85–0,08%

Azərbaycan vahid Avrasiya məkanının bir hissəsi kimi


 |  admin  | 

21 iyunda Minskdə keçiriləcək Avrasiya İqtisadi İttifaqı ölkələrinin baş nazirlərinin görüşü Azərbaycanın iştirakı olmadan sonuncu ola bilər. Hökumət respublikanın Aİİ-yə daxil olacağı halda əldə edəcəyi faydalar naminə İttifaqla əməkdaşlıq haqqında fəal dialoq aparır.

Bu gün Avrasiya İqtisadi İttifaqı beş ölkəni birləşdirir. Vahid Gömrük Məcəlləsi razılaşdırılıb, ümumi idxal və ixrac rüsumları müəyyən edilib, fitosanitar və texniki qaydalar hazırlanıb. Yaxınlarda keçiriləcək görüşdə iştirakçılar Aİİ daxilində malların markalanmasının tətbiqini və yüksək texnologiyalı sənaye sahələrində idxalı əvəz edən komissiyanın yaradılmasını müzakirə edəcəklər.

Bu tədbirlərin iqtisadi potensialı aydındır. 2021-ci ilin sonunda İttifaqın bütün ölkələrində ÜDM-in artımı qeyd olunub, xarici ticarət dövriyyəsi 773,1 milyard dollar təşkil edib, Aİİ üzvləri arasında qarşılıqlı ticarətin həcmi 72,6 milyard dollara çatıb. Aİİ elektrik enerjisi istehsalı üzrə dünyada dördüncü, neft və qaz hasilatı üzrə ikinci yeri və kalium gübrələrinin istehsalı üzrə birinci yeri tutur, hansılarsız müasir kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi təsəvvür edilə bilməz.

Birinci il deyil ki, Azərbaycan Aİİ-yə nəzər yetiri. 2016-cı ildə ölkə prezidenti İlham Əliyev də birliyə qoşulmaq barədə suala cavab verərkən demişdi ki, bunu istisna etmək olmaz. 2021-ci ildə Azərbaycanın Rusiya Federasiyasındakı səfiri Polad Bülbül oğlu qeyd edib ki, ümumi Avrasiya məkanı ideyası Bakının iqtisadi maraqlarına cavab verir. Bu zaman Rusiya XİN-də vurğulayıblar ki, Bakının birlikdə iştirakını yalnız müsbət qarşılamaq olar.

Ekspertlərin fikrincə, Azərbaycanın İttifaqa qoşulması onun aqrar-sənaye kompleksinin və qeyri-neft sektorunun məhsullarının ixracını 280 milyon dollar artıracaq, hər bir sakin isə 1013 dollar zənginləşəcək.

Azərbaycan həmçinin Avrasiya İnkişaf Bankı (AİB) və Avrasiya Sabitləşdirmə və İnkişaf Fondu (ASİF) xətti ilə əhəmiyyətli investisiyalara arxalana biləcək. Azərbaycanlı əmək miqrantlarının vəziyyəti yaxşılaşacaq, çünki Aİİ-də üzv dövlətlərin bütün vətəndaşları İttifaqın bütün ərazisində sərbəst şəkildə hərəkət edə və işləyə bilər.

İndi tərəflər qarşılıqlı fəaliyyət formatını müzakirə edirlər. Keçən ilin dekabrında Ali Avrasiya İqtisadi Şurasının (AAİŞ) sədri, Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayev bildirib ki, Azərbaycan müşahidəçi mövqeyindən başlaya bilərdi. Rusiya XİN-də bu təşəbbüsü dəstəkləyiblər. Bu ilin fevralında Bakı və Moskva müttəfiqlik bəyannaməsi imzaladılar, hansının şərtlərinə əsasən iqtisadi inteqrasiya daha təbii görünür.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
Sosial şəbəkələr


© Yerli.media. Bütün hüquqlar qorunur. 18+

Yuxarı