USD1,700,00%
EUR1,85–0,08%

Azərbaycan və Rusiya sahibkarları əməkdaşlığı inkişaf etdirir


 |  admin  | 

Rusiya Azərbaycan üçün buğda ununun əsas tədarükçüsünə çevrilib: ilin əvvəlindən ölkəmizə unun ümumi idxalının 99,4%-i Rusiya Federasiyasının payına düşüb. Məqalədə qarşılıqlı ticarət və digər sahələrdə əməkdaşlıqdan bəhs edilir.

Rusiya Federasiyasının 70 regionundan 900-dən çox şirkət ölkəmizlə əməkdaşlıq edir. Əsas sahə qida olaraq qalır. Azərbaycan Rusiyaya albalı, gilas və digər giləmeyvə, o cümlədən feyxoa, soğan, göyərti və bir sıra digər kənd təsərrüfatı bitkiləri ixrac edir. Təkcə Stavropol vilayəti Azərbaycandan 2,3 tondan çox xurma idxal edib. Ötən ildən Rusiya bazarına toyuq yumurtası çıxarılmağa başlanılıb. Bu il sitrus meyvələrinin, şirələrin, kompotların və mürəbbələrin ixracının təxminən iki dəfə artırılması planlaşdırılır.

Azərbaycan da öz növbəsində Rusiyadan ərzaq idxal edir. Bu ilin əvvəlindən Saratov vilayəti Azərbaycana 112,7 min ton buğda və qida arpası, Volqoqrad vilayəti 40 tondan çox süd tozu, Kurqan vilayəti istehsalçıları isə bazarlarımıza 50,6 ton konserv məhsulları ixrac edib. Qarşılıqlı ərzaq ticarətinin genişləndirilməsi dövlətimizin ərzaq təhlükəsizliyinin açarı olacaqdır.

Rusiya və Azərbaycan qarşılıqlı birbaşa ərzaq tədarükü ilə yanaşı, neft-kimya sənayesi, əczaçılıq, maşınqayırma və gəmiqayırma, mədənçıxarma və digər sahələrdə əməkdaşlıq edir. Belə ki, 2025-ci ildə fəaliyyətə başlaması planlaşdırılan sənaye zonasında Rusiya şirkətləri də yerləşəcək və əsas diqqət neft-kimya sektoruna yönəldiləcək. Bu barədə Yekaterinburqda keçirilən “İNNOPROM-2024” beynəlxalq sənaye sərgisində Azərbaycan iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev çıxış edib.

Bununla yanaşı, 2025-ci ildə Rusiyanın “Gerofarm” şirkəti Azərbaycandakı tərəfdaşının yerində insulin istehsalına başlayacaq. Qeyd edək ki, hazırda Azərbaycanda insulin istehsal olunmur. Beləliklə, lokallaşdırma dərmanları azərbaycanlı pasientlər üçün daha əlçatan edəcək.

İstehsalçıların birbaşa əməkdaşlığın qurulmasının vacibliyi məqsədilə mütəmadi olaraq hər iki ölkəyə işgüzar səfərlər təşkil olunur. Məsələn, iyul ayında Çelyabinskdən olan şirkət nümayəndələri Azərbaycana səfər edib: onlar potensial tərəfdaşlarla 40-dan çox görüş keçirib. Krasnoyarsk vilayətinin nümayəndə heyəti avqustda Bakıda olub. Görüşdən sonra “Delovoy Rossii”nin Krasnoyarsk regional bölməsinin rəhbəri Anton Jerebtsov bildirib ki, nümayəndə heyəti Azərbaycanla maşınqayırma, metallurgiya, turizm, ərzaq sənayesi və aqrar-sənaye kompleksi sahələrində əlaqələri genişləndirməyi hədəfləyib.

Rusiya podratçılar ölkəmizə sənaye və sosial layihələrin inkişafında köməklik göstərir. Hazırda Rusiya Federasiyasının müxtəlif regionlarından olan şirkətlər Qarabağın yenidən qurulmasına və orada istehsal müəssisələrinin açılmasına fəal yardım göstərirlər. Məsələn, Rusiyanın sənaye nəhəngi KAMAZ Cəbrayıl rayonunda Gəncə Avtomobil Zavodu ilə birgə servis mərkəzi açıb.

Onilliklərin təcrübəsi göstərir ki, Rusiya şirkətləri həmişə öz öhdəliklərini yerinə yetirir. Məhz buna görə də Rusiya Federasiyası ənənəvi olaraq ölkəmizin top-3 ticarət tərəfdaşına daxildir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
Sosial şəbəkələr


© Yerli.media. Bütün hüquqlar qorunur. 18+

Yuxarı