USD | 1,70 | 0,00% |
EUR | 1,85 | –0,08% |
Beynəlxalq Şahmat Federasiyasının (FİDE) iyul reytinqində Teymur Rəcəbov (2747 xal) və Şəhriyar Məmmədyarov (2742 xal) bir pillə irəliləyərək müvafiq olaraq 12-ci və 14-cü, Qədir Hüseynov (2661 xal) isə 86-cı pillədən 83-cü pilləyə yüksəliblər. Qadın reytinqində Günay Məmmədzadə (2448 xal) 26-cı, Ülviyyə Fətəliyeva (2401 xal) 53 – cü, Xanım Balacayeva (2368 xal) 79-cu, Gülnar Məmmədova (2357 xal) 86 – cı, Gövhər Bəydullayeva (2355 xal) 92-ci yeri tutublar.
FİDE-nin ən yaxşı şahmatçılarının reytinqində birinci yeri norveçli Maqnus Karlsen (2853 xal), ikinci və üçüncü yeri amerikalı Hikaru Nakamura (2787 xal) və Fabiano Karuana (2782 xal) tutur.
Bir cavab yazın