USD1,700,00%
EUR1,85–0,08%

Azərbaycan Musiqili Teatrında “Leyli və Məcnun” tamaşası göstərildi


 |  admin  | 

Azərbaycan Dövlət Musiqili Teatrında Üzeyir Hacıbəylinin və Məhəmməd Füzulinin eyniadlı əsərləri əsasında hazırlanmış “Leyli və Məcnun” tamaşasının özəl nümayişi olub. Leyli rolunu VII Muğam televiziya müsabiqəsinin qalibi İlahə Rüstəmova ifa edib. Məcnun rolunu Orxan Hüseynli canlandırıb.

Tamaşanın bədii rəhbəri teatrın direktoru, fəlsəfə elmləri doktoru Əliqismət Lalayevdir. Tamaşanın quruluşçu rejissoru Samir Qulamovdur. Tamaşanın quruluşçu rəssamı Vüsal Rəhimov, xormeyster Vaqif Məstanov olub. Bundan başqa, tamaşada əməkdar artist Fəxrəddin Atayev dirijor kimi iştirak edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
Sosial şəbəkələr


© Yerli.media. Bütün hüquqlar qorunur. 18+

Yuxarı