USD | 1,70 | 0,00% |
EUR | 1,85 | –0,08% |
Bakıda Azərbaycan Milli Xalça Muzeyində Beynəlxalq Muzeylər Günü münasibətilə silsilə tədbirlər keçirilib. Bu gün muzey 4981 ziyarətçini qəbul edərək onlara “Açıq qapı” günü çərçivəsində Azərbaycan dilində pulsuz ekskursiyalar təşkil etmək imkanı yaradıb. Bundan əlavə, mayın 30-dək davam edəcək Məhəmməd Füzulinin 530 illik yubileyinə həsr olunmuş “Sənətdə bənzərsiz məhəbbət” adlı sərginin açılışı olub.
Sərgidə muzeyin kolleksiyasından olan xalçalar və bədii elementlər, o cümlədən Azərbaycanın xalq rəssamlarının əsərləri nümayiş olunub. Sərgidə Füzuliyə həsr olunmuş kitablar üçün xüsusi olaraq yaradılmış dekorativ pannolar və bədii dizayn elementləri də yer alıb. Bundan əlavə, həmin gün kölgə teatrının “Leyli və Məcnun” tamaşasının premyerası nümayiş etdirilib, ziyarətçilər üçün ustad dərsləri keçirilib.
Bir cavab yazın