USD | 1,70 | 0,00% |
EUR | 1,85 | –0,08% |
Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti son iclasında uçot dərəcəsinin 0,25%, 7,75%-dən 7,5%-ə endirilməsini açıqlayıb. Bundan başqa, faiz dəhlizinin yuxarı həddinin 8,75%-dən 8,5%-ə endirilməsi qərara alınıb. Aşağı hədd dəyişməyərək 6,25% səviyyəsində qalıb.
Mərkəzi Bankın nümayəndələrinin sözlərinə görə, bu qərar real və proqnozlaşdırılan inflyasiyanın hədəf göstərici ilə müqayisəsi, inflyasiya gözləntilərinin sabitləşməsi və risklər balansının dəyişməsi fonunda qəbul edilib. Proqnozlaşdırılan inflyasiyanın hədəf səviyyədə qaldığını nəzərə alsaq, faiz dəhlizinin yuxarı həddinin və uçot dərəcəsinin aşağı salınması monetar şəraitin yumşaldılmasına yönəlib.
Bir cavab yazın