USD | 1,70 | 0,00% |
EUR | 1,85 | –0,08% |
Azərbaycan məktəbliləri Səudiyyə Ərəbistanı Krallığının paytaxtında keçirilən 56-cı Beynəlxalq Kimya Olimpiadasında (IChO 2024) iştirak ediblər. Dörd şagirddən ibarət Azərbaycan komandası 1 gümüş və 3 bürünc medal qazanıb. Olimpiadada ümumilikdə 84 ölkədən 297 şagird iştirak edib.
Türkiyə Dəyanət Fondunun Bakı Türk Liseyinin XI sinif şagirdləri Səttar Şərifzadə gümüş, Nihad Hacızadə isə bürünc medala layiq görülüblər. Həmçinin kimyəvi-bioloji təmayüllü Bakı Respublika Liseyinin 10-cu sinif şagirdləri Murad Xəlilzadə və Ümid Mustafazadə bürünc medal qazanıblar.
Bir cavab yazın