USD | 1,70 | 0,00% |
EUR | 1,85 | –0,08% |
2023-cü ilin yanvar-iyun ayları arasında ölkədə istehlak qiymətləri indeksi ötən illə müqayisədə 112,7% təşkil edib. Azərbaycanda əsas kapitala investisiyalar 10,4 faiz artaraq 7,1 milyard manatı ötüb. İyun ayında inflyasiya aylıq müqayisədə 99,1%, illik müqayisədə isə 110,6% təşkil edib.
İlin birinci yarısında Azərbaycanın pərakəndə satış şəbəkələrində istehlakçılar mallara 26,3 milyard manat xərcləyib: ərzaq, içkilər və tütün məmulatlarına 14,8 milyard manat, qeyri-ərzaq məhsullarına isə 11,5 milyard manat. Pərakəndə ticarət şəbəkəsində bir alıcının xərclərinin məbləği ayda orta hesabla 432,5 manat təşkil edib. Bunun 244 manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 188,5 manatını isə qeyri-ərzaq məhsulları təşkil edir.
Bir cavab yazın