USD | 1,70 | 0,00% |
EUR | 1,85 | –0,08% |
2024-cü ilin birinci yarısında Azərbaycanda günəş enerjisi istehsalı 9 dəfə artaraq 286,6 milyon kilovatsaata çatıb. Vüqar Bayramov qeyd edib ki, bərpa olunan mənbələrdən ümumi elektrik enerjisi istehsalı ötən illə müqayisədə 2 dəfə artaraq 2032,4 milyon kilovatsaat təşkil edib. Bu, regionda yaşıl enerjinin inkişafını dəstəkləyir və iqlim dəyişikliyi ilə mübarizəyə kömək edir.
Azərbaycanda bərpa olunan enerji potensialı 27 000 MVt təşkil edir ki, bunun da 23 000 MVt-ı günəş enerjisi, 3 000 MVt-ı isə külək enerjisidir. Külək enerjisi üçün ən uyğun rayonlar Bakı, Abşeron və Xızıdır. Bayramov vurğulayıb ki, inkişaf etmiş ölkələrdə olduğu kimi analoji təcrübədən istifadə əhaliyə artıq elektrik enerjisini istehsal edib satmağa imkan verəcək ki, bu da onun maya dəyərini aşağı salacaq və hasilatı artıracaq.
Bir cavab yazın