USD | 1,70 | 0,00% |
EUR | 1,85 | –0,08% |
Monteneqronun Budva şəhərində bədii gimnastika üzrə “Montenegro Cup” beynəlxalq turniri başa çatıb. Azərbaycan yığmasını təmsil edən idmançılar müxtəlif nominasiyalar üzrə 17 mükafat: 6 qızıl, 5 gümüş və 6 bürünc medal qazanaraq çıxışlarını qələbə ilə başa vurublar. Təbrik edirik və qürur duyuruq!
Mədinə Dəmirova halqa və gürzlə hərəkətlərdə qızıl, lent və topla hərəkətlərdə isə gümüş medal qazanıb. Zöhrə Cəfərova halqa və lentlə hərəkətdə bürünc medal qazanıb. Halqa və topla hərəkətlərdə Nilufər Oruclu birinci olub. Şəms Müvəffəqi top yarışlarında qızıl, gürzlərlə və lentlə hərəkətdə gümüş, halqa ilə hərəkətdə isə bürünc medal qazanıb. Mədinə Abbaslının top, gürz və lentlə hərəkətlərdə 3 bürünc medalı var. Ən gənc idmançılar arasında klublararası yarışda ən yaxşı yer tutan Nur Sadıxova və bu yarışda gümüş medal qazanan Məryəm Baloğlanova fərqlənmişlər.
Bir cavab yazın