USD | 1,70 | 0,00% |
EUR | 1,85 | –0,08% |
“Azərbaycan Dəmir Yolları” QSC elektrik enerjisində yaranmış nasazlıq səbəbindən Bakı dəmir yolu vağzalına gecikən 717 saylı qatarın sərnişinlərinin rahat və təhlükəsiz çatdırılması üçün şəhərdaxili avtobus və qatarlar əlavə ödənişsiz təyin edib. Bundan əlavə, sərnişinlər pulsuz su və şirniyyatla təmin olunublar.
Ağstafadan Bakıya hərəkət edən 717 saylı sərnişin qatarı Goran stansiyası istiqamətində hərəkətdə olarkən elektrik enerjisi təchizatında yaranmış texniki nasazlıq səbəbindən dayanıb. 717 saylı qatarın məcburi dayanması eyni marşrut üzrə hərəkət edən 705 saylı qatarın hərəkətini 30 dəqiqə məhdudlaşdırıb.
Bir cavab yazın