USD | 1,70 | 0,00% |
EUR | 1,85 | –0,08% |
Ötən həftə Bakı-Sumqayıt yolunda avtobusların ayrılmış zolaqları ilə bağlı ciddi mübahisə yaranıb. Azərbaycan Quru Nəqliyyatı Agentliyinin nümayəndələri bildiriblər ki, belə zolaqlar yerüstü ictimai nəqliyyatla sərnişinlərin daşınması üçün şəhərdə hərəkətliliyi təmin edir.
Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib ki, yeni avtobus zolaqları nəqliyyatda ciddi sıxlığa səbəb olub. Bununla belə, Azərbaycan Quru Nəqliyyatı Agentliyinin mütəxəssisləri qeyd ediblər ki, nəqliyyatın intensiv olduğu şəhərlərdə xüsusi zolaqlar lazımdır, çünki onlar yolun tutumunu artırır.
Bir cavab yazın