USD | 1,70 | 0,00% |
EUR | 1,85 | –0,08% |
İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu tərəfindən Astara rayonunda 130 hektar sahədə tropik bağların salınması üçün 1 milyon manat güzəştli kredit ayrılıb. Şuvi və Deqədi kəndlərində artıq 45 hektar avokado, 10 hektar yeni limon bağı, 2 hektar banan ağacı əkilib. Burada manqo, ehtiras meyvəsi, tay əhəngi, qreypfrut, pomelo, pitaya və papaya da yetişdiriləcək.
Sahibkar Faiq Osmanlının sözlərinə görə, bağda 3 növ soyuğa davamlı banan tingi əkilib. Müasir sistem açıq havada əkilmiş banan, manqo və avokado tinglərini şaxtadan qoruyacaq. Daha sonra tinglərin əkiləcəyi istixanaların tikintisinə də başlanılıb. Bağdan əldə edilən məhsulun gələn il satışa çıxarılması nəzərdə tutulur.
Bir cavab yazın