USD | 1,70 | 0,00% |
EUR | 1,85 | –0,08% |
Şuşada Aşağı Gövhər Ağa məscidi bərpadan sonra istifadəyə verilib. Açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev iştirak edib. Bərpa işlərindən sonra məscid orijinal memarlıq üslubunu qoruyub saxlamışdır. Bitişik ərazidəki mədrəsə binası da bərpa edilmiş, sonrakı dövrdə tikilmiş divarlar sökülmüşdür.
Aşağı Gövhər Ağa məscidi XIX əsrdə Kərbəlayi memarı Səfixan Qarabağinin layihəsi ilə tikilib və İbrahim xanın qızı Gövhər ağanın Şuşada tikdirdiyi məscidlərdən ilki hesab olunur. Məscidin ərazisindəki mədrəsənin tarixi binasında Azərbaycanın tarixi-mədəni irsi, milli-mənəvi dəyərləri haqqında məlumatların saxlanıldığı muzey fəaliyyət göstərir.
Bir cavab yazın