USD1,700,00%
EUR1,85–0,08%

Ağır atletlərin 18 medalı var


 |  admin  | 

Yunanıstanın Saloniki şəhərində keçirilən ağır atletika üzrə yeniyetmələr arasında Avropa çempionatında Azərbaycan komandası 18 medal qazanıb: 8 qızıl, 5 gümüş və 5 bürünc. Nuray Əbilova 1 gümüş, Məleykə Biçukayeva 2 bürünc, Kamran Xappayev 3 qızıl, Elman Kurdanov 2 gümüş və 1 bürünc, İsa Əliyev 2 qızıl və 1 gümüş, Aslan Əmiraslanov 3 qızıl, Məhəmmədəli Məmmədzadə 1 gümüş və 2 bürünc medal qazanıblar.

Komandamız 15 yaşadək yaş qrupu üzrə komanda yarışında da 709 xal toplayaraq Gürcüstana 742 xalla uduzaraq 2-ci yeri tutub. Ümumilikdə turnirdə 38 ölkədən 415 idmançı – 198 qız və 217 oğlan iştirak edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
Sosial şəbəkələr


© Yerli.media. Bütün hüquqlar qorunur. 18+

Yuxarı