USD1,700,00%
EUR1,85–0,08%

Ağdərin rayon sakinləri həkimlər tərəfindən müayinə olunub


 |  admin  | 

“Böyük qayıdış” proqramı çərçivəsində Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Tibbi Reabilitasiya İnstitutunun həkimləri Ağdərə rayonunun Talış kəndində sakinlərə müayinələr aparıblar. Səhhətində problemi müəyyən edilmiş vətəndaşlara konsultasiya və müalicə təyin edilib. Ümumilikdə 70-dən çox şəxs müayinədən keçib.

Kampaniya çərçivəsində müayinə artroloq, nevropatoloq, fizioterapevt, reabilitoloq və tibb bacıları tərəfindən aparılıb. Elektromiyoqrafiya və elektroensefaloqrafiya da aparıldı. Müayinələrin keçirilməsində məqsəd əhali arasında onurğa, sinir sistemi, dayaq-hərəkət sistemi, mədə-bağırsaq traktının və baş beyinin ümumi damar xəstəliklərinin aşkarlanması olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
Sosial şəbəkələr


© Yerli.media. Bütün hüquqlar qorunur. 18+

Yuxarı