USD | 1,70 | 0,00% |
EUR | 1,85 | –0,08% |
Baş prokuror Kamran Əliyev bildirib ki, 2023-cü ildə Azərbaycanda 36 811 cinayət qeydə alınıb, onun 87,8 faizi açılıb. Bunlardan 6951-i oğurluq, 5622-si dələduzluq, 317-si mənimsəmə, 204-ü soyğunçuluq, 178-i qəsdən adam öldürmə, 71-i soyğunçuluq, 10 057-si narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərdir.
Ümumilikdə, ötən il Azərbaycanda 25 006 nəfər cinayət törədib, onlardan 1299-u qadın, 494-ü isə yetkinlik yaşına çatmayanlardır. 17 966 təqsirləndirilən şəxs barəsində 16 146 cinayət işi məhkəmələrə göndərilib.
2023 – cü ildə Azərbaycanda 620 intihar hadisəsi baş verib, bunun da 180-i Bakıdadır, bu da ötən illə müqayisədə 5 dəfə azdır.
Bir cavab yazın