USD | 1,70 | 0,00% |
EUR | 1,85 | –0,08% |
Bu həftə bütün Xəzəryanı regionu üçün vacib görüş keçirildi. İştirakçılar regional əməkdaşlığın ən mühüm aspektlərini müzakirə ediblər. Əsas bəyanatlar barədə materiallarda danışırıq.
Azərbaycanın XİN başçısı Ceyhun Bayramov dekabrın 5-də Moskvada keçən Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin görüşündə iştirak edib. Rusiyanın xarici işlər naziri Sergey Lavrovun sədrliyi ilə keçirilən tədbirdə İran, Qazaxıstan və Türkmənistanın xarici işlər nazirliklərinin başçıları iştirak ediblər. Onlar Xəzəryanı əməkdaşlığın inkişafının əsas istiqamətlərini, həmçinin beynəlxalq vəziyyətin aktual məsələlərini müzakirə edilib.
Açılış nitqində Sergey Lavrov bildirib ki, Xəzər regionu hazırkı görünüşündə formalaşandan bəri artıq xarici işlər orqanlarının başçıları səviyyəsində doqquz görüş keçirilib. “Biz yekdilliklə bildiririk ki, bu formata tələbat artır və artacaqdır. Bu onunla izah olunur ki, bu çərçivədə iş regional qarşılıqlı fəaliyyət problemlərinin əsas həll yollarını tapmağa imkan verir”, – Rusiya XİN-nin başçısı dəqiqləşdirib.
Azərbaycan Xəzəryanı regionu ölkələri arasında əməkdaşlıqda fəal şəkildə iştirak edir. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun sözlərinə görə, bu gün Xəzər beşliyinin əməkdaşlığı məsələləri üzrə bağlanmış 16 sazişdən Azərbaycan 15 beynəlxalq hüquqi sənədin iştirakçısıdır.
Sergey Lavrov Xəzəryanı regionunun ticarət-iqtisadi, ekoloji, elmi, humanitar və nəqliyyat-tranzit sahələrində böyük potensialını qeyd edib. Region “Şimal-Cənub” beynəlxalq dəhlizinin yaradılması baxımından strateji əhəmiyyətə malikdir.
Qeyd etmək lazımdır ki, bu layihə Xəzəryanı regionu ölkələri üçün əsas layihədir. Onun xətti ilə 2022-ci ildə yükdaşımaların ümumi həcmi 14,5 milyon ton təşkil edirdi, bu ilin yekunu üzrə isə 20 milyona çata bilər. 2024-cü ildə Azərbaycandan yük axını 5 dəfə – 1 milyon tondan 5 milyona artacaqdır. Nəqliyyat arteriyası yalnız ticarət dövriyyəsinin artmasına deyil, həm də regional turizmin inkişafına, ekoloji problemlərin birgə həllinə kömək edir.
Xəzər beşliyinin görüşü çərçivəsində Ceyhun Bayramov və Sergey Lavrov həmçinin ikitərəfli danışıqlar aparıblar. Rusiya XİN başçısı qeyd edib ki, Rusiya-Azərbaycan münasibətləri yüksəlişdədir. “12 oktyabrda, iki ay bundan əvvəl, Bişkekdə liderlərimiz MDB sammiti çərçivəsində danışıblar və müttəfiq, strateji qarşılıqlı fəaliyyətimizi dərinləşdirməyə iddialı olduqlarını təsdiqləyiblər”, – o əlavə edib.
Dünyada qeyri-sabit xarici siyasi vəziyyətə baxmayaraq, Azərbaycan və Rusiya arasında sabit siyasi dialoq və iqtisadi əməkdaşlıq qurulub. Ceyhun Bayramov əlavə edib ki, ilin sonunadək ölkələr arasında ticarət əlaqələrinin möhkəmlənməsi gözlənilir. O xatırladı ki, ötən il iqtisadi əməkdaşlıq baxımından əlamətdar olub, ticarət dövriyyəsində 24 faiz artım müşahidə olunurdu. “2023-cü il üçün hələlik yekun rəqəmlər yoxdur, lakin ümumi tendensiya göstərir ki, ilin sonuna kimi biz müsbət dinamika ilə çıxacağıq”, – nazir bildirib. Həmçinin Xəzər regionu ölkələri ilə ticarət dövriyyəsi fəal inkişaf edir. Bu ilin doqquz ayının yekunu üzrə ticarət dövriyyəsi 5 milyard dollar təşkil edib.
Azərbaycan diplomatiyasının başçısı əlavə edib ki, Bakı və Moskva dialoqlarında humanitar məsələlərə və regional təhlükəsizliyə böyük önəm verirlər.
Vacibdir ki, Xəzəryanı regionu ölkələrinin əməkdaşlığı – yalnız birgə infrastruktur layihələri və ticarət dövriyyəsi deyil, həm də regionun ekologiyasının qorunmasıdır. Azərbaycan təbiətin qorunması üzrə birgə fəaliyyət məsələlərinə böyük diqqət yetirir. Məhz buna görə də Xəzər dənizinin dəniz mühitinin mühafizəsi ilə məşğul olacaq xüsusi ekspert qrupunun birinci iclası dekabrın 18-19-da Bakıda keçiriləcəkdir. Azərbaycan meydançası Xəzər dənizinin flora və faunasının mühafizəsi üzrə konstruktiv dialoq və mövqelərin yaxınlaşması üçün imkan verəcəkdir.
Bir cavab yazın